İyulun 27-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən Bizim.Media-ya bildirilib ki, milli müdafiə naziri təyin edilməsi münasibətilə Yaşar Güleri təbrik edən Mədət Quliyev daha sonra Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində olan uğurlu əməkdaşlıq barədə danışıb.
Görüş zamanı qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, iyulun 28-dək davam edəcək “İDEF-2023” beynəlxalq sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:38 / 27.07.2023
Mədət Quliyevin Türkiyənin milli müdafiə naziri ilə görüşü olub
Hazırda oxunan: Mədət Quliyevin Türkiyənin milli müdafiə naziri ilə görüşü olub
Hazırda oxunan: Mədət Quliyevin Türkiyənin milli müdafiə naziri ilə görüşü olub
148281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.