Ermənistanın manipulyasiyaları barədə xarici ölkələrin parlamentlərinə müraciət ÜNVANLANDI

Ermənistanın manipulyasiyaları barədə xarici ölkələrin parlamentlərinə müraciət ÜNVANLANDI

Hazırda oxunan: Ermənistanın manipulyasiyaları barədə xarici ölkələrin parlamentlərinə müraciət ÜNVANLANDI

148278

İyulun 27-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan XİN-dən Paşinyana CAVAB 


Bildirilib ki, müraciətdə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə son dövrdə yayılan məlumatların beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiya olduğu bildirilir.

Qeyd olunur ki, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir.  

Qeyd edilib ki, məqsəd Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaq və ya bu prosesi mümkün qədər uzatmaqdır. 

Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan edib. Odur ki, etnik ermənilər üçün ərzağın və digər məhsulların Ermənistandan gətirilməsinə zərurət yoxdur.

Laçın yolu ilə bağlı vəziyyətə gəlincə, bu yol da Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir və ona görə də Azərbaycan öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsivusi təsis etmişdir.  

Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunmuşdur. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan sui-istifadə hallarının davam etməsi səbəbindən Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəf məhz Ermənistandır.  

Ermənistan tərəfi həqiqətən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə mane olmamalıdır. 

Müraciətin sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət də məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO