“Əli Kərimli işarə verdi ki...”  – Sərdar Cəlaloğlundan şok açıqlamalar

“Əli Kərimli işarə verdi ki...”  – Sərdar Cəlaloğlundan şok açıqlamalar

Hazırda oxunan: “Əli Kərimli işarə verdi ki...”  – Sərdar Cəlaloğlundan şok açıqlamalar

14825

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun həm də ixtisasca məhkəmə-tibb eksperti olduğu məlumatını bəlkə də çox adam bilməz. Hər zaman siyasətçi, müxalif lideri kimi tanınan Cəlaloğlunun siyasi arenalardan çıxışları, nitqləri son dövürlər onu gah qəhrəman, gah da anti-qəhrəman eləyib. 

Hər bir insan kimi onun da aşkar olunmayan tərəfləri, gizlinləri var. Cəlaloğlu ilə söhbətləşmək üçün Azərbaycan Demokrat Partiyasına yollandım.

Bizi xoş əhval-ruhiyyə ilə qarşılayan siyasətçi ilə maraqlı, eyni zamanda təzadlı söhbətimiz başlayır. Elə söhbətə siyasət, müxalifət üzərindən giriş verirəm.

- Sərdar müllim, Milli Şura ilə münasibətiniz necədir?

- Mənim ümumiyyətlə, onlarla heç bir əlaqəm yoxdur, heç onlar barədə maraqlanmıram da.

-Sizcə bu, layihə kimin əsəri idi və kim tərəfindən maliyyələşir?

- Milli Şura ilk yarandığı vaxtdan onun yaradıcıları ilə yaxın təmasda idim. Bu ideyanın ruslara məxsus olduğunu və onlar tərəfindən dəstəkləndiyi haqqında dəqiq məlumatım var.  Mən o zamanda açıq şəkildə bu layihənin kim tərəfindən yaradıldığını deyirdim. Milli Şura layihəsi İlham Əliyev üçün çox böyük təhdid yaradırdı.
 

Daha sonra Milli Şurada Rütəm İbrahimbəyov faktını ortaya çıxdı. Bir müddət keçdikdən sora o oyun da bitdi. Sonradan əsas qüvvələr şuradan uzaqlaşdırıldı.


- Digər müxalif partiyalar ilə münasibətiniz necədir? Məsələn Əli Kərimli. AXCP-nin qurucularından biri siz olmusuz.

- Mən Azərbaycan Xalq Cəbhəsi ilə uzun müddətdir ki, əlaqə saxlamıram. Bu bir siyasi etikasızlığı görə olub. Bir dəfə AXCP-nin ildönümü ilə bağlı tədbirə dəvət aldım. Bilirdim ki,  ora başqa partiya liderləri getməyəcək. Lakin Əli Kərimliyə hörmət əlaməti olaraq, bu tədbirdə iştirak etmək qərarına gəldim. İclas zamanı Əli köməkçisini 2 dəfə arxamca yolladı ki, gecədə mən də çıxış edim.
 

Bunu istəmədən könülsüz razı oldum. Çıxış zamanı nitqimdə “Azərbaycan dövlətçiliyi Elçibəylə, Rəsulzadə ilə başlamır. Bizim 1000 ildən artıq dövlətçilik tariximiz var” fikrini deyən kimi zaldan fit səsləri ucalmağa başladı.


2 dəfə çıxışımı saxlayıb əl çalmağa başladılar. Cümləmi bitirməyə qoymadılar. Üzümü çevirəndə gördüm ki, Əli Kərimli özü zalda oturan adamlarına başı ilə işarə edir ki, onlar bu cür qanacaqsız hərəkətlərə yol versinlər. Təsəvvür edin, istəyirəm söz deyim, mənə fit çalırlar. Özümə qarşı bu hərəkətləri təhqir saydığım üçün, tədbiri tərk etdim. O gündən Əli Kərmilinin üzərindən qara xətt çəkdim.

Ümumiyyətlə, o adam  Azərbaycan siyasətində mənfi tendensiyaların anasıdır. Özünü uya Azərbaycan müxalifətinin lideri kimi təqdim edir, ancaq Azərbaycan müxalifəti bu illər ərzində bir metr belə irəliyə getməyib.

- Gəlin, 44 günlük müharibə zamanı qələbəmizə kölgə salan qüvvələrdən danışaq. Bu məsələ iqtidar, müxalifət münasibətlərinə ayrılmalı idimi? Onlar bunun üçün əməlli-başlı tər tökdülər. 

-Elə münasibətlər var ki, onu iqtidar, müxalifət münasibətinə qatmaq özü bir şərəfsizlikdir. Bu, vətənə xəyanətdir. Ərazi bütövlüyü üçün olunan savaş nə zamandan  siyasətə qarışmalıdır? Ancaq bəzi insanlar ən məhrəm məsələləri belə bölə bilirlər. Bu, çox yanlış fikirdir. Ən  əsası buna 44 günlük haqq savaşımızda yol verilməməliydi. İlham Əliyev heç zaman demədi ki, bu, mənim qələbəmdir.
 

O, hər zaman xalqın bir yumruq kimi birləşməyindən danışdı. Bütün dünya bizi, gücümüzü gördü, tanıdı. Axı necə hansısa qüvvəyə uyub, qələbəni kölgədə qoymaq olar.


Hətta ermənilər bizim əsgərlərdən fantastik hekayələr danışırdılar. Bəs, niyə sən Azərbaycan Əsgərini belə kiçildirsən. Bizim hamımıızn evində şəhid var. Bizim evdə iki şəhid var, biri qardaşımdır, biri də qardaşım oğlu.

- Bəlkə bunlar 5-ci kolonun nümayəndələri idilər. Son zamanlar demək olar ki, hamı bu kolonun fəaliyyətindən danışır. Onların hökümət orqanlarında, milli məclisdə fəaliyyətləri ilə gündəmə gətirir. Sizcə, bu kolon həqiqətənmi mövcuddur?

- 5-ci kolon hər yerdə fəaliyyət göstərir. Azərbaycanda da bu kolon var və bu danılmaz faktdır. Bunu mən demirəm, bunu Jirinovski özü deyirdi: ”Biz Milli Məclisə bir dənə də olsa istiqlalçı qüvvənin buraxılmamasını tapşırmışdıq.
 

Sağ olsunlar onlar da bizim sözümüzə əməl etdilər” deyə bildirirdi. Məndə olan məlumata görə, müharibə zamanı nə qədər xainlik, satqınlık faktları aşkakrlandı, o satqınlara görə itkilərimiz çox oldu. Bunu da unutmamalıyıq.


- Qardaşınız Qurban Məmmədov da xaricdə Azərbaycan əleyhinə çıxışları ilə məşhurdur. Onun keçmiş şöbə müdiri Əli Həsənovla əlaqələri, ondan qaynaqlandığı danışılır. Bu barədə danışmaq istərdiniz?

- Qardaşım Qurban Məmmədovu buradan elə Əli Həsənovun özü sürgün etdi. O, müəyyən dövrdə Heydər Əliyevə çox yaxın insan idi. O qədər ona qarşı kampaniyalar başlanıldı ki, onu vəkillər kollegiyasından qovdular, 2 dəfə həbs olundu. Ona qarşı qərəzli münasibət yaratdılar. 

- Hazırda əlaqəniz, hansısa ünsiyyətiniz varmı?

- Yox, qəti. Heç o burada olanda bizim əlaqəmiz yox idi. Hazırda da onunla heç bir ünsiyyətim yoxdur.

Ardı var...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO