Xəbər verdiyimiz kimi iyulun 25-də Dövlət Sərhəd Xidməti Laçın nəzarət-buraxılış məntəqəsində gözlənilən erməni təxribatı ilə bağlı məlumat yayıb. Məlumatda deyilirdi ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır.
Bu gün erməni mətbuatı məlumat yayıb ki, guya Qarabağdakı ermənilərin cəmi 2 günlük ərzaq ehtiyatı qalıb.
MÖVZU İLƏ BAĞLI:
DSX-dən Ermənistan tərəfdə planlaşdırılan təxribatla əlaqədar XƏBƏRDARLIQ
Ona görə də İrəvandan Xankəndinə yardım karvanı yola salınır. Ancaq məlumatda yük avtomobillərinin sayı bildirilmir.
Lakin video və foto görüntülərdən aydın olur ki, təxminən 50-dən artıq yük maşını kalon şəklində Laçın istiqamətinə hərəkət edir. Bu da o deməkdir ki, rəsmi İrəvan eyni vaxtda xeyli sayda avtomobili Laçın NBM-ə göndərməklə burda süni tıxac yaratmaq istəyir. Və bu tıxacların da yəqin ki, foto-videosu sonradan bütün dünyaya yayılacaq ki, Azərbaycan Qarabağdakı erməniləri aclıqla sınağa çəkir.
Adi və hər zaman rastlaşdığımız bir erməni oyunu olan bu tədbir üçün digər hazırlıq tədbirləri də görülür.
Hətta bu gün səhər Ermənistandakı bir çox xarici ölkə səfirləri Ermənistan XİN-ə dəvət edilib. Onlarla Qarabağdakı “humanitar böhran” müzakirə edilib. Yəqin ki, həm bəzi xarici diplomatlar və bir sıra mətbuat orqanları Laçın NBM-də hazırlanan erməni təxriabatı ilə bağlı çıxışlar da hazırlayıblar.
Göründüyü kimi ermənilər çox iyrənc bir oyun planlaşdırıblar.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov bildirib ki, ermənilər müxtəlif bəhanələrlə vəziyyəti gərginləşdirmək istəyirlər:
“Təsadüfi deyil ki, istənilən danışıqlar ərəfəsində ermənilər hansısa təxribata əl atırlar. Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvada baş tutan görüşünə paralel olaraq ermənilər yeni pozucu hərəkətlərə başlayıblar. Bu da ermənilərin sülh sazişindən, qarşılıqlı etimaddan nə qədər uzaq olduğunu bir daha sübut edir. Bu həm də ermənilərin əsl simasını nümayiş etdirir.
Ona görə də hesab edirəm ki, erməni təxribatlarına daha kəskin reaksiya verilməlidir. Çünki, Sergey Lavrov da Moskva görüşündə Qarabağdakı etnik ermənilərlə bağlı ənənəvi mövqeyini ortaya qoydu”.
Surxay Atakişiyev, Bizim.Media