ATƏT-in hazırkı rəhbəri və İsveçin Xarici İşlər Naziri Ann Linde bu gün Ermənistana gələcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
ATƏT sədrinin Azərbaycana səfərinin GİZLİ MƏQAMLARI
Mənbə bildirir ki, xanım diplomat sabah Ermənistan xarici işlər naziri Ara Ayvazyan ilə görüşəcək. Tərəflər mətbuata açıqlama verəcəklər.
Qeyd edək ki, martın 14-də Linde Azərbaycan Prezidenti İlham Əliyevlə, martın 15-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bizim.Media