Qlobal Media Forumunun önəmi, Şuşa təəssüratları... – Malayziyalı tanınmış jurnalistlə MÜSAHİBƏ

Qlobal Media Forumunun önəmi, Şuşa təəssüratları... – Malayziyalı tanınmış jurnalistlə MÜSAHİBƏ

Hazırda oxunan: Qlobal Media Forumunun önəmi, Şuşa təəssüratları... – Malayziyalı tanınmış jurnalistlə MÜSAHİBƏ

147889

Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən qonaqlardan biri də malayziyalı tanınmış jurnalist, “New Strait Times” nəşrinin redaktoru Azman Abdul Hamid olub.  

O, Bizim.Media-ya müsahibəsində Azərbaycana səfər təəssüratları, Qlobal Media Forumu və s. məsələlərlə bağlı fikirlərini bölüşüb.  
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa Qlobal Media Forumu YEKUNLAŞDI


Həmin müsahibəni təqdim edirik:  

- Cənab Azman, siz müharibənin izlərin hələ də qaldığı işğaldan azad edilmiş ərazilərimizə, Şuşaya səfər etmisiniz. 30 illik işğal dönəmində Ermənistanın törətdiyi vandalizmin izləri ilə bağlı nə düşünürsünüz? 

- İlk dəfədir ki, Azərbaycana və Şuşaya gəlirəm. Mən xoşbəxtəm ki, həmin ərazilər işğaldan azad edilib. Görünən qədərilə, həyatın bütün sahələri üzrə həmin ərazilərin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı işlər gedir. Dağıdılmış evlər və güllə dəlikləri ilə dolu binalarda müharibənin izlərini canlı görmək mümkündür. Ümid edirəm ki, Şuşada gələcək dövrdə irəliyə doğru yeni addımlar atılacaq. 

- Bir neçə gün əvvəl Şuşada təşkil olunan Qlobal Media Forumunda iştirak etdiniz. Müharibədən cəmi 3 il sonra, 30 illik işğaldan azad edilmiş torpaqlarda belə böyük tədbirin keçirilməsi sizdə hansı təəssüratı yaratdı? 


Qlobal Media Forumu şübhəsiz ki, yaddaqalan hadisədir, çünki forumda 200-dən çox media mütəxəssisi iştirak edirdi. Mənə dedilər ki, forumun keçirildiyi “Şuşa” mehmanxanasının ilk qonaqları biz olmuşuq. Mən region xalqları və bütün Azərbaycan üçün daha yaxşı gələcəyə ümid bəsləyirəm.

Mədəniyyət paytaxtı hesab olunan Şuşa bölgənin yenidən yüksəlişinə kömək edəcək, həm investorlar, həm də turistlər üçün güclü bir cazibə yaradacaq. 

Onu da qeyd edim ki, 30 ilə yaxındır ki, Cənubi Qafqazda gedən prosesləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və işğal dönəmində törətdikləri əməlləri izləmişəm. Heç ağlıma da gəlməzdi ki, müharibədən 3 il sonra bu torpaqlara gəlib, bu cür möhtəşəm bir tədbirdə iştirak edə bilərəm. Ona görə də, Qlobal Media Forumunun təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. 

- Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Media Forumunda çıxışı ilə bağlı ən çox hansı məqamları xatırlayırsınız? 


- İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması planından danışan Prezidentin bütün çıxışı nikbin mesajlarla zəngin idi. Ən maraqlısı isə sual-cavab sessiyası oldu. O, Qarabağın yenidən qurulması, dünyada gedən proseslərlə bağlı mühüm mesajlar verdi. İki saatdan da çox müddət ərzində İlham Əliyev tamaşaçıların suallarını əhatəli şəkildə cavablandırdı. 

Eyni zamanda Prezident Azərbaycan mətbuatı ilə bağlı da mühüm fikirlər səsləndirdi. İlham Əliyev çıxışında Azərbaycan mətbuatının işğal dönəmində haqq işinizin dünyaya çatdırılmasında gördüyü işləri yüksək qiymətləndirdi. Prezident həmçinin, mətbuat azadlığının önəmi ilə bağlı da mühüm açıqlamalar verdi. 
Qeyd edək ki, Azman Abdul Hamid Azərbaycana səfər çərçivəsində Bizim.Media-nın da qonağı olub. Azman Abdul Hamidlə Bizim.Media və “New Strait Times” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Ardı var... 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO