“Qərbin mane olmaq cəhdlərinə baxmayaraq, Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu 3+3 formatının həyata keçirilməsi üçün ideal fürsət yaranır. Ötən həftə Azərbaycan və İran xarici işlər nazirləri regional məsləhətləşmələrin gələcək inkişafında maraqlı olduqlarını bildiriblər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya KİV-lərinə açıqlamasında politoloq Yevgeni Mixaylov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov 3+3 formatı HAQDA: “Gürcüstan iştirakdan imtina edib”
O xatırladıb ki, 2021-ci ildə yeni platformanın ilk iclasında Gürcüstan bu təklifi qəbul etməkdən imtina edib:
“Lakin, son 2 ildə çox şey dəyişdi. Əgər milli maraqları müdafiə edən Gürcüstan hökumətinin məntiqindən çıxış etsək, 3+3 platformasında iştirak indi onlar üçün daha maraqlıdır.
Əməkdaşlığa, Cənubi Qafqaz dövlətlərinin qarşılıqlı inteqrasiyasına dair bəyanat, bunların hamısı Rusiya Federasiyasının, Azərbaycanın, Ermənistanın və Gürcüstanın maraqlarına uyğundur. Biz Gürcüstanla münasibətlərin inkişafına start vermişik və əgər bu ölkə Ermənistan siyasətinə təsir edə bilsə, bu, yalnız konstruktivliyi və ümumi təhlükəsizliyin bərqərar olmasını gücləndirəcək. Rusiya da İrana təsir edə bilər”
Politoloq 3+3 platformasının mövcud nəqliyyat dəhlizlərinə pozitiv təsirindən də danışıb:
“Bu platforma hesabına Bakı-Tbilisi-Qars dəmir yolu yeni iqtisadi birliyin əsas arteriyalarından birinə çevrilə bilər. Ona görə də indiki məqamda hər şey Ermənistanın ortaya qoyacağı mövqedən asılıdır. Və yəqin ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin müzakirə edəcəyi əsas məsələlərdən biri də bu platform olacaq”.
Surxay Atakişiyev, Bizim.Media