Ceyhun Bayramov: ''Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq''

Ceyhun Bayramov: ''Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq''

Hazırda oxunan: Ceyhun Bayramov: ''Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq''

14781

“Təhlükəsizlik, iqtisadiyyat və insan ölçüsü istiqamətdə Azərbaycan ATƏT-lə əməkdaşlığı vacib hesab edir və bu istiqamətlərdə əməkdaşlıq davam etdiriləcək”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovun ATƏT sədri ilə görüşü keçirilir - SON DƏQİQƏ


C. Bayramov deyib ki, bölgədə yaranmış vəziyyət yeni təhlükəsizlik formatının yaradılmasına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə münbit imkan yaradır:

“Azərbaycan Helsinki Yekun Aktına, ərazi bütövlüyü, sərhədlərin pozulmaması əsasında ölkələr arasında münasibətlərin normallaşmasına tərəfdardır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar bölgədə sülhün yaradılmasını təmin edir.

ATƏT və Azərbaycan arasında həyata keçirilən layihələr bu istiqamətdə vəziyyətin stabilləşməsinə mühüm töhfə verə bilər.

Postmüharibə dövründə minaların təmizlənməsi, icmalar arasında etimad mühitinin yaradılması və digər istiqamətlərdə mühüm imkanlar mövcuddur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO