Ermənistan tərəfinin Qarabağa 17 milyon dollar həcmində
kredit ayırmaq istədiyi məlum olub. Sözügedən məbləğin Qarabağ ərazisində müxtəlif
sahələrin dirçəlməsi üçün sərf ediləcəyi bildirilir.
Maraqlıdır, hazırda iqtisadi cəhətdən çöküş yaşayan
Ermənistanın Qarabağ üçün bu məbləği ayırması nə dərəcədə real görünür? Ümumiyyətlə,
Ermənistan tərəfi Qarabağa hansısa maddi yardım göstərə bilərmi?
Məsələ ətrafında Sfera.az-a danışan Bakı
Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli Ermənistn tərəfinin belə bəyanat
verməsinin gülünc olduğunu deyib:
"Ermənistanın Qarabağ üçün maliyyə ayrıması çox
gülüncdür. Çünki Ermənistanın özünə maliyyəni müxtəlif ölkə və təşkilatlar ayrırır.
Digər tərəfdən bundan əvvəl də onlara bildirmişdik ki, Ermənistanın Qarabağ
istiqamətidə çəkdiyi bütün yollar, infrastruktur sahibinə qayıdacaq. Ermənistan
guya ki, İranla Qarabağ, İranla Ermənistan arasında da yol çəkirdi. Lakin nəticə
hamıya məlumdur. İndiki məqamda isə Yerevanın belə bir açıqlama verməsi sadəcə,
cəfəngiyyatdır. Bu tip bəyanatlar daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə
hesablanıb".
Deputat Fazil Mustafa Ermənistanın bu addımına qarşı
ciddi şəkildə etiraz etməli olduğumuzu bildirib:
Əzizə Zeynal
Sfera.az