Tolstoydan Pyotr tərzində BƏYANAT – Rusiya Dumasının vitse-spikerinin TƏXRİBATÇI XƏYALLARI

Tolstoydan Pyotr tərzində BƏYANAT – Rusiya Dumasının vitse-spikerinin TƏXRİBATÇI XƏYALLARI

Hazırda oxunan: Tolstoydan Pyotr tərzində BƏYANAT – Rusiya Dumasının vitse-spikerinin TƏXRİBATÇI XƏYALLARI

147746

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Azərbaycanı aşağılayan sərsəm fikirlər səsləndirib. Dumanın sədr müavini bildirib ki, Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq.

Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna üçün Rusiyadan başqa istiqamət yoxdur. O deyib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq.

Göründüyü kimi, dahi Tolstoyun qanından olan Pyotr babasından fərqli olaraq, adını daşıdığı çar Pyotrun ideyalarını daşıyır. Onun açıqlamasındakı imperialist yanaşma da bunun əyani sübutudur. 

Digər tərəfdən, hakim partiyanın üzvünün, həm də Dumanın vitse-spikerinin özbaşına belə bir açıqlama verməsi də real görünmür. Burdan belə nəticəyə gəlmək olar ki, Kremldəki müəyyən narahatlıq məhz P.Tolstoyun dili ilə ifadə olunub.

Görəsən, Kremli Tolstoyun dili ilə hərəkətə keçirən nədir?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun səsləndrdiyi bu fikirlər dövlət adamına və parlamentin sədr müavini statusuna yaraşmayan qeyri-ciddi fikirlərdir:
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ Polşada, Rusiya isə Kubada nüvə silahı yerləşdirəcək” – Qiyamət ssenarisi REALLAŞIR?


“Bu hər şeydən öncə Rusiya Federasiyasının özünə qarşı hörmətsizlik və Rusiya dövlətinin özünü şantaj etməkdir. Rusiya-Azərbaycan münasibətləri bərabərhüquqlu münasibətlərdir. 2022-ci ilin fevralın 27-də Rusiya ilə Azərbaycan arasında birgə müttəfiqlik fəaliyyəti haqqında Moskva bəyannaməsi qəbul edilib. Bu o deməkdir ki, Tolstoydan fərqli olaraq Rusiyanı idarə edənlər Azərbaycanı etibarlı və bərabərhüquqlu tərəfdaş hesab edirlər”. 

Deputat qeyd edir ki, Rusiya indiki çətin şəraitdə Azərbaycan kimi müttəfiqinin olmasına ehtiyac duyur: 

“Tarix dəyişkən və dinamik hadisədir. Rusiya özü vaxtilə müxtəlif dövlətlərin ərazisinə daxil olub. Mövcud reallıqda Rusiya nə qədər müstəqil şəkildə beynəlxalq münasibətlər sisteminin hüquqi subyektidirsə, Azərbaycan da bir o qədər beynəlxalq hüquqi münasibətlərin subyektidir. Ona görə də bu cür əsassız bəyanatlarla əslində Tolstoy özü öz ölkəsini pis vəziyyətdə qoymuş olur. 
Dumanın sədr müavini Rusiyanı eksponsionist mövqedən, imperiya kontekstində təqdim edir.

Yeni dünya nizamının tələb və şərtləri isə dövlətlərin bərabərhüquqlu münasibətlər qurması zərurətini şərtləndirir. Azərbaycanla Rusiya arasında olan münasibətlər də bərabərhüquqlu əməkdaşlığa və qarşılıqlı maraqlara söykənən tam müstəqil münasibətlərdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO