Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ - VİDEO  

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ - VİDEO  

Hazırda oxunan: Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ - VİDEO  

147552

Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib. 

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə rəsmi “Twitter” hesabında paylaşdığı axşam videomüraciətində bildirib. 

“Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür etmək istəyirəm. 

Koreya Respublikası Ukraynaya yardımı artırdığını açıqlayıb. Çox sağ ol! 

Azərbaycan - enerji və minalardan təmizləmə sahəsində humanitar yardım. Çox sağ ol! 

İsveç – yenidən qurulmağımıza kömək etmək üçün təsdiqlənmiş proqram. 2027-ci ilə qədər strategiya. Çox sağ olun! 

Yaponiya – Dünya Bankı ilə Ukrayna arasında Yaponiyanın zəmanəti ilə 1,5 milyard dollar kredit verilməsinə dair saziş imzalanıb. Çox sağ ol! 

Avstraliya, Kanada, Böyük Britaniya, ABŞ – təcavüzlə əlaqəli şəxslərə qarşı sanksiyalar. Çox sağ ol! 

Amerika Birləşmiş Ştatları – hərbi müdafiə üçün yardım paketi. Artilleriya, mərmilər, hava hücumundan müdafiə - indi bizə lazım olan hər şey. Çox sağ ol! 

Almaniya – döyüşçülərimiz üçün yeni müdafiə təchizatı: tanklar, artilleriya mərmiləri, avadanlıqlar. Minnətdaram!”, - deyə Ukrayna lideri qeyd edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO