Ermənilərin Laçın postundan növbəti sərbəst KEÇİDİ - VİDEO 

Ermənilərin Laçın postundan növbəti sərbəst KEÇİDİ - VİDEO 

Hazırda oxunan: Ermənilərin Laçın postundan növbəti sərbəst KEÇİDİ - VİDEO 

147488

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında, Laçın sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib. 

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, bununla bağlı videogörüntüdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur. 

Görüntülərdən də aydın olduğu kimi, Qarabağın erməni əhalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçib. 
Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisi olmaqla yanaşı, Ermənistan hakimiyyətinin və qondarma rejim qalıqlarının hay-küy salaraq guya "Azərbaycan bizə qarşı humanitar böhran yaradır. Bakı Qarabağdakı erməniləri blokadada saxlayır" kimi şoularını növbəti dəfə ifşa etmiş olur. 
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO