Paşinyandan MÜHARİBƏ ANONSU – “Sülh müqaviləsi ləngidikcə...”

Paşinyandan MÜHARİBƏ ANONSU – “Sülh müqaviləsi ləngidikcə...”

Hazırda oxunan: Paşinyandan MÜHARİBƏ ANONSU – “Sülh müqaviləsi ləngidikcə...”

147477

Ermənistan baş naziri Nikol Paşinyan AFP nəşrinə müsahibəsində Azərbaycanla yeni hərbi toqquşmanın mümkün olduğunu istisna etməyib. 

Onun dediyinə görə, hər iki ölkənin hökumətləri tərəfindən sülh müqaviləsi imzalanmayana və parlamentlər tərəfindən ratifikasiya edilməyənə qədər belə bir ehtimal qalacaq. 

“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməyib yeni müharibə ehtimalı da mümkündür”. 

Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov bildirir ki, Paşinyanın bu sayaq açıqlaması həm daxili auditoriyaya hesablanıb, həm də bununla o, xarici aləmi aldatmağa çalışır:

“Paşinyan beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Paşinyan bununla bir tərəfdən, daxildə erməni cəmiyyətində ona qarşı çıxan müxalif qüvvələrlə birləşəcəkləri təqdirdə, Azərbaycan tərəfindən hər zaman təhdid altında yaşayacaqları fikirini formalaşdırmağa çalışır. Digər tərəfdən, Paşinyan belə fikirləri ortaya atmaqla xaricdə şou yaratmağa çalışır ki, guya Ermənistan güclü Azərbaycan və Türkiyənin əhatəsində müharibə təhlükəsilə üz-üzədir. Ona görə də Ermənistana yardımlar artırılmalıdır. 

Ermənistanın təxribatları davam etdirməsi istər-istəməz regionda yeni gərginlik yaradır. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ortada konkret heç bir işin görülməməsi, İrəvanın məsələni ləngitməsi və manipulyasiya etməsi, sözsüz ki, vəziyyətin gərginləşməsinə səbəb olur. 
Bu baxımdan Paşinyanın belə açıqlamaları fonunda Azərbaycanla Ermənistan arasında sülh sazişinin gecikməsi müharibənin bir qədər yaxınlaşmasına səbəb olur. Ermənistanın səhv mövqeyi üzündən sülhün yubanması yeni müharibə riskini ortaya çıxarır. Eyni zamanda, Ermənistandan daim Azərbaycan və Türkiyəyə qarşı istifadə edən qüvvələr də Bakı ilə İrəvan arasında sülhün olmasında maraqlı deyillər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO