Prezident Brüssel formatının Ermənistan və Azərbaycan münasibətlərindəki rolundan DANIŞDI   

Prezident Brüssel formatının Ermənistan və Azərbaycan münasibətlərindəki rolundan DANIŞDI   

Hazırda oxunan: Prezident Brüssel formatının Ermənistan və Azərbaycan münasibətlərindəki rolundan DANIŞDI   

147415

“Brüssel formatı bir balaca əlavə dəstəkverici bir mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, bu günə qədər o, müəyyən dərəcədə uğurlu olub”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şuşa Qlobal Media Forumunda çıxış edib – YENİLƏNİB - FOTO/VİDEO 


Dövlətimizin başçısı bu formatla Minsk qrupunun fərqindən də danışaraq deyib:

“Bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün isə Fransa artıq yoxdur”. Prezident qeyd edib ki, Fransa Avropa formatında o qədər də rəsmi vasitəçi deyil. Bu faktor müəyyən təzyiqləri aradan qaldırır, gərginliyi götürür ki, iki lider bir-biri ilə danışsın və bir-birinin mövqeyini daha yaxşı başa düşsün. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO