Rusiyanın ÇİRKİN PLANI – Moskva separatçıları hərəkətə keçirməklə nəyi HƏDƏFLƏYİR?

Rusiyanın ÇİRKİN PLANI – Moskva separatçıları hərəkətə keçirməklə nəyi HƏDƏFLƏYİR?

Hazırda oxunan: Rusiyanın ÇİRKİN PLANI – Moskva separatçıları hərəkətə keçirməklə nəyi HƏDƏFLƏYİR?

147356

10 noyabr bəyannaməsinə uyğun olaraq Rusiya Qarabağda sülhməramlı kontingent yerləşdirsə də, hələ də sözügedən üçtərəfli sazişdən irəli gələn bir sıra müddəaların həyata keçməsinə çalışmır. Hələ də Qarabağda qanunsuz silahlı dəstələr qalmaqdadır. Bir sıra hallarda rus sülhməramlıları da onlara dəstək olur. 

Görünən odur ki, indiki vəziyyətdə Qarabağ separatçıları Moskvanın nəzarəti altındadırlar. Moskva öz istəyinə uyğun olaraq lazım olan anda həmin separatçıları hərəkətə də gətirir. 

Görəsən, Rusiya separatçıları hərəkətə keçirməklə nəyə nail olmaq istəyir?

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Rusiyanın Qarabağ separatçılarını hərəkətə keçirməkdə məqsədi gərginlik yaradıb, imkan daxilində bölgədə daha uzun müddətə qalmağa çalışmaqdan ibarətdir: 

“Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq istəyir. Kremldə Qarabağa strateji yer kimi baxır. Onlara görə, Qarabağ bölgəsi Moskvanın Yaxın Şərq və ətraf bölgəyə strateji təsirində mərkəz rolunu oynayır. Əlbəttə ki, bunların hamısı uydurmadır. Rusiya Qarabağ kartından istifadə edərək, Azərbaycan və Ermənistan arasında Brüssel xəttilə aparılan sülhyaratma prosesini pozmaq niyyətini güdür. 

Moskva özünün moderatorluğu olmadan kimlərinsə bölgədə sülhyaratması və təsirini yaymasını həzm etmək istəmir.

Bu fonda hətta Azərbaycanın ərazi bütövlüyünü pozan hərəkətlərə də yol verir. Rusiya Ukrayna bataqlığında batsa, ölkənin siyasi, iqtisadi, hərbi vəziyyəti ağırlaşmağa doğru getsə də, yenə də imperiya xülyalarından əl çəkmək istəmir”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO