Kremldən İrəvana SON XƏBƏRDARLIQ – Ya KTMT missiyası Ermənistana gələcək, ya da...

Kremldən İrəvana SON XƏBƏRDARLIQ – Ya KTMT missiyası Ermənistana gələcək, ya da...

Hazırda oxunan: Kremldən İrəvana SON XƏBƏRDARLIQ – Ya KTMT missiyası Ermənistana gələcək, ya da...

147324

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın Azərbaycanla sərhəd bölgələrində KTMT missiyasının yerləşdirilə biləcəyini qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsi sərhəddəki vəziyyətin sabitləşməsinə töhfə verə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan üçün ÖLÜM SSENARİSİ – Ermənistan böyük güclərin toqquşma MEYDANINA ÇEVRİLİR


O, Qarabağın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil olmadığını xatırladıb.

"Eyni zamanda, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsinə əhəmiyyətli töhfə verərdi. Top Ermənistanın tərəfindədir", - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Moskva bir müddətdir ki, Aİ missiyasının Ermənistana gəlməsindən sonra KTMT missiyasının da orada yerləşməsinə çalışır. Bu müstəvidə də ara-sıra məsələni gündəmə gətirməklə İrəvna təzyiq edir. Bu mənada Zaxarovanın açıqlamasını Rusiyadan Ermənistana verilən son şans kimi dəyərləndirmək olar. 

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Zaxarovanın açıqlaması Ermənistanda KTMT missiyasının yerləşdirilməsi ehtimalının ciddi olduğunu düşünməyə əsas verir:

“Ermənistan heç nə etmək gücündə deyil. Əksinə, Moskvanın İrəvan üzərində elə bir hakimiyyəti və nüfuzu var ki, o istədiyi an KTMT missiyasının Ermənistana gəlməsinə nail ola bilər. Zaxarova da KTMT missiyasının Ermənistana gəlməsi məsələsini elə belə qaldırmayıb. 

Avropa İttifaqı Kanadanı da özünün Ermənistandakı missiyasının tərkibinə qoşmaq istəyir ki, bu da Rusiyanın ürəyincə deyil.

Çünki həmin addım Qərbin Ermənistanda daha da möhkəmlənməsinə hesablanıb ki, Moskva da bunu heç cür həzm edə bilməz. Bu mənada Zaxarovanın açıqlaması heç də təsadüfdən irəli gələn açıqlama deyil. Düşünülmüş bir açıqlamadır. Həmin açıqlama onu deməyə əsas verir ki, Ermənistan sərhədində KTMT kontingentinin yerləşdirilməsi ehtimalı böyükdür”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO