Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov caliber.az-ın YouTube kanalında aparıcı, jurnalist Sənan Rzayevin növbəti qonağı olub.
Bizim.Media xəbər verir ki, veriliş zamanı S.Rzayev və qonağı Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü, Avropa Şurasının rəhbəri Şarl Mişelin bəyanatını, Rusiya Xarici İşlər Nazirliyinin həmin gün verdiyi qalmaqallı açıqlamasını müzakirə ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin Kremlin açıqlamasına cavabı da müzakirə predmeti olub.
Fərhad Məmmədov qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında anlaşılmazlıq var.
Politoloqun fikrincə, rəsmi Bakı Qarabağda hərbi əməliyyatdan vaz keçməyəcək
Daha ətraflı videomaterialda:
Bizim.Media