Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsmanın) Ermənistan tərəfindən törədilən beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət beynəlxalq təşkilatlara müraciət edib.
Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə deyilir:
"Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini 30 il müddətində işğal altında saxlayan Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurmuşdur və vurmaqda davam edir.
Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnmişdir. Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini, ekologiya və ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir daha sübut edir.
Lakin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların və beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistanın yaratmış olduğu qlobal təhlükə mənbəyi olan problemə susqunluq nümayiş etdirməsi bizdə dərin təəssüf hissi doğurur.
Ekoloji tarazlığın pozulması ilə nəticələnən cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması, bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik aktlarının tələblərinin hər bir dövlət tərəfindən icrasının təmin edilməsi qarşıda duran vacib problemlərdən biridir.
Lakin mövcud ikili standartlar, beynəlxalq təşkilatların susqunluğu və cəzasızlıq mühitinin hökm sürməsi Ermənistanın qlobal və regional ekoloji problemlərə səbəb olan cinayətlərini davam etdirməsinə rəvac verir.
Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir.
Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilər.
Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək.
Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Bununla Ermənistan yenə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını da kobud surətdə pozur.
Ermənistanın da iştirakçısı olduğu bu konvensiyanın müddəalarına görə, iştirakçı dövlətlər öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.
Bundan əlavə, istismar müddətinin bitməsinə baxmayaraq, hələ də Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün real təhlükə mənbəyi olduğunu xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Ombudsmanı olaraq tərəfimdən hələ 2021-ci il 27 yanvar tarixində “Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə” Bəyanat qəbul edilmiş, beynəlxalq təşkilatlar Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətləri Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, xüsusilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin Ətraf Mühit Proqramına, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə, Ətraf Mühitin Mühafizəsi Təşkilatına, Dünya Ətraf Mühit Mərkəzinə və BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:17 / 17.07.2023
Ombudsmandan Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT
Hazırda oxunan: Ombudsmandan Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT
Hazırda oxunan: Ombudsmandan Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT
146608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.