“Çox qədim və zəngin bir mədəniyyətin, tarixin Qarabağda Ermənistan və havadarları tərəfindən məhv edilməsini bütün dünyaya göstərməliyik”.
Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sait Yusuf deyib.
Keçən il Qarabağa səfər etdiyini bildirən Sait Yusuf orada dəhşətli dağıntılara şahid olduğunu deyib və bu haqsızlığın bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb:
“Keçən il mən Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədr müavini olaraq Şuşaya getdim. Yol boyu çox böyük bir coğrafiyaya, Qarabağ əhalisinə, təbiətinə, qədim mədəniyyətinə qarşı böyük haqsızlıqlar edildiyini gördüm və doğrusu sarsıldım”.
Sait Yusuf TÜRKSOY-da məsul vəzifəyə yeni təyin olunduqdan sonra da bu mövzunun aktuallığını qeyd edib:
“Azərbaycan bu məsələdə müdafiə tərəfindədir və biz də TÜRKSOY olaraq Azərbaycanın yanındayıq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:26 / 16.07.2023
TÜRKSOY: “Ermənistanın Qarabağda qədim mədəniyyəti məhv etməsini dünyaya göstərməliyik”
Hazırda oxunan: TÜRKSOY: “Ermənistanın Qarabağda qədim mədəniyyəti məhv etməsini dünyaya göstərməliyik”
Hazırda oxunan: TÜRKSOY: “Ermənistanın Qarabağda qədim mədəniyyəti məhv etməsini dünyaya göstərməliyik”
146497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.