Brüsseldə keçirilən üçtərəfli danışıqlarda müzakirə olunan məsələlər açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü BAŞA ÇATDI - VİDEO
Görüşdə aşağıdakı məsələlər müzakirə olunub:
- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi;
- Sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi;
- Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması;
- Laçın NBM-də son qaçaqmalçılıq cəhdləri;
- Laçın yolundan Bərdə-Ağdam marşrutu ilə Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi;
- Azərbaycan Respublikasının suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin məskunlaşması məsələləri;
- Qərbi Azərbaycan icmasının problemləri və bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması.
Bizim.Media