Parlamentdə boş qalan yerlərin sayı SƏKKİZƏ ÇATDI – SİYAHI 

Parlamentdə boş qalan yerlərin sayı SƏKKİZƏ ÇATDI – SİYAHI 

Hazırda oxunan: Parlamentdə boş qalan yerlərin sayı SƏKKİZƏ ÇATDI – SİYAHI 

146211

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, qanunverici hakimiyyət funksiyasını Milli Məclis icra edir. Milli Məclis 125 dairə üzrə seçilən eyni sayda deputatdan təşkil olunur. Lakin VI çağırış üzrə parlamentdə deputatların sayı 125-dən azdır.

Bizim.Media xəbər verir ki, hazırda Milli Məclisdə 8 deputat yeri boşdur.
 

MÖVZU İLƏ BAĞLI:

Deputat Madər Musayev vəfat ETDİ


Məlum olduğu kimi 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr bunlardır:

33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov).

35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu).

74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli).

80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə). 

Sözügedən seçki dairələrində nəticələrin ləğv edilməsindən sonra VI çağırış Milli Məclis öz işinə 121 millət vəkili ilə start verib. Sonrakı dövrdə isə daha dörd deputat yeri boş qalıb:

Fəttah Heydərov

116 saylı Qəbələ seçki dairəsindən seçilən deputat Fəttah Heydərov 4 avqust 2020-ci ildə 82 yaşında vəfat edib. O, 1995-ci ildən bəri parlamentdə təmsil olunurdu. Fəttah Heydərov deputat seçilməzdən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini icra edib. 

Eldəniz Səlimov

55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimov 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və deputat mandatından məhrum edilən Eldəniz Səlimov 3 avqust 2021-ci ildə həbs edilib.

Şahin Seyidzadə

50 saylı Abşeron-Qobustan seçki dairəsində seçicilərin etimadını qazanıb. Şahin Seyidzadə Respublika prezidentinin 3 mart 2022-ci il tarixli sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Buna görə də Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə deputat mandatına xitam verilib. 

Madər Musayev

10 saylı Binəqədi üçüncü seçki dairəsində qalib olmuşdu. O, bu gün 75 yaşında vəfat edib. Deputat bir sıra daxili orqanlarının çatışmazlığından əziyyət çəkirdi. Madər Musayev Milli Məclisin ən stajlı deputatı hesab olunurdu. O, 1990-1995-ci illərdə Ali Sovetin, 1995-2023-cü illərdə isə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO