"Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
“Birincisi, yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil. İkincisi, Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Üçünçüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”, - o vurğulayıb.
Factchecking&mythbusting needed when FM of Armenia spreading lies/disinformation in official capacity.
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 13, 2023
1. As local police affirmed 2 kids left unattended by parent, they perished due to negligence and high temperature in the car while sleeping.
It is nothing but hypocrisy! pic.twitter.com/5qdZ55euui
Bizim.Media