“Ermənistanın təxribatlarına misli ilə cavab verilə bilər” – Türkiyəli polkovnikdən ÖZƏL AÇIQLAMA

“Ermənistanın təxribatlarına misli ilə cavab verilə bilər” – Türkiyəli polkovnikdən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Ermənistanın təxribatlarına misli ilə cavab verilə bilər” – Türkiyəli polkovnikdən ÖZƏL AÇIQLAMA

146037

“Nəzər yetirsək görərik ki, Xankəndinə gedən Qırmızı Xaç Komitəsinə məxsus nəqliyat vasitələrinin sürücüləri, ümumilikdə qurumda yer alan bir çox insan ermənilərdir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadık Akyar deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan mətbuatının Qarabağ iddiasından İMTİNASI – Oyunbazlıq, yoxsa QORXU?


Azərbaycanın sərhəddən gediş-gəlişi dayandırmağını düzgün addım hesab edən Akyar, bununla da ermənilərə və təxribatçılara ciddi mesaj verildiyinə diqqət çəkib:

“Xankəndinə Ermənilər tərəfindən gedən avtomobillərlə, o cümlədən Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələriylə müxtəlif sui-istifadə hallarına yol verilib. Xüsusən iyul ayından etibarən Azərbaycan qurumları tərəfindən bu kimi qanunsuzluqlara daha çox rast gəlinib. 

Nəzər yetirsək görərik ki, Xankəndinə gedən Qırmızı Xaç Komitəsinə məxsus nəqliyat vasitələrinin sürücüləri, ümumilikdə qurumda yer alan bir çox insan milliyətcə ermənidir.

Təbii ki, gömrüyə bəyan edilməyən məhsulların keçirilməsi halları davam etdiyi üçün Azərbaycan tərəfindən Xaç Komitəsinin nəqliyyat vasitələrinin əraziyə gediş-gəlişinə qadağa qoyuldu. 

Lakin bunu sadə gömrük qayda pozuntusu kimi görənlər var. Amma unudulmamalıdır ki, münaqişənin olduğu, ara-sıra atəşkəsin pozulduğu yerlərdə bu kimi hallar sadəcə yoxlama xarakteri daşıyır. Əgər siz bu kimi hallara göz yumsanız, bunların arxasınca silah, bomba və digər hərbi ləvazimatlar da keçirərlər. Zamanı gəldikdə isə, həmin silahlardan Azərbaycana qarşı istifadə edərlər.

Düşünürəm ki, Azərbaycan hökuməti burada çox düzgün qərar verib. Önəmli olan məqam Qırmızı Xaç Komitəsi əməkdaşlarının Azərbaycanla  əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsidir”.

Son günlər Azərbaycan-Ermənistan arasında artan gərginliyə diqqət çəkən Akyar, Ermənistanın hər zaman olduğu kimi Bakını beynəlxalq aləmdə təxribatçı ölkə kimi göstərməyə çalışdığını deyib:

“Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar baş verir. Mütamadi olaraq Azərbaycan Müdafiə Nazirliyi də bu barədə məlumatlar yayır. Sual olunur ki, Azərbaycan hərbi əməliyyat keçirə bilərmi? Əlbəttə ki, təxribatlara baxdığımız zaman görürük ki, bu, baş tuta bilər. 

Beynəlxalq hüquqda “misli ilə cavab” anlayışı var. Əgər Ermənistan Azərbaycana avtomatla atəş açırsa, biz onlara müasir silahlarla cavab verə bilərik. Hava atəşi açılsa, onlara top atışı ilə cavab verə bilərik. 
Azərbaycan öz lehinə olan məqamı Ermənistan lehinə çevirməmək üçün bir məqama diqqət yetirməlidir. Bu da, qeyri-mütənasib güc tətbiqindən çəkinməkdir. Digər diqqət edilməli məqam Ermənistanın “qazdığı quyulardır”. Təbii ki, İrəvanın məqsədi Azərbaycanı beynəlxalq aləmdə təxribatçı ölkə kimi göstərməkdir. 

Lakin deyə bilərəm ki, Azərbaycanlı səlahiyyətlilər sözügedən istiqamətlərdə çox təcrübəlidirlər. Mütəmadi olaraq Türkiyəli həmkarları ilə də görüşürlər”. 

Türkiyəli polkovnikin sözlərinə görə, Ermənistanın təxribatları qarşıdakı günlərdə də davam edəcək.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO