Qırmızı Xaç Komitəsi Qarabağdakı erməni separatçıları ilə “biznes” qurub - Dövlətimiz hərəkətə keçməlidir... 

Qırmızı Xaç Komitəsi Qarabağdakı erməni separatçıları ilə “biznes” qurub - Dövlətimiz hərəkətə keçməlidir... 

Hazırda oxunan: Qırmızı Xaç Komitəsi Qarabağdakı erməni separatçıları ilə “biznes” qurub - Dövlətimiz hərəkətə keçməlidir... 

145691

Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağ iqtisadi rayonuna qaçaqmalçılığını aşkarladı. Məlumatlara görə, bəyan edilməyən telefon və aksesuarlar, siqaret və yanacaq məhsulları BQXK-nın nəqliyyat vasitələrində daşınırmış, özü də külli miqdarda... 

Təkcə bu fakt sübut edir ki, BQKX “humanitar missiya” adı altında qaçaqmalçılıqla məşğul olur. Rəsmi məlumatda bunun komitənin ilk qanunsuzluğu olmadığı qeyd olunur.

Bundan öncə dəfələrlə baş verən hallarla bağlı BQXK rəhbərliyinə məlumat verilsə də, qaçaqmalçılıq hallarına son qoyulmayıb və nəhayət, Azərbaycan öz ərazisində baş verən qanunsuzluğa son qoymaq üçün hərəkətə keçdi.  

Qaçaqmalçılıq faktı ilə bağlı cinayət işi açıldı, Laçın sərhəd-buraxılış məntəqəsi müvəqqəti olaraq bağlandı. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki heç bir ölkə öz ərazisində qaçaqmalçılığa icazə verə bilməz.  

Bu faktlar BQXK-nın Qarabağda hansı oyunlar çıxardığını, hansı qanunsuz fəaliyyətlər yerinə yetirdiyini gündəmə gətirir. 

Silah qaçaqmalçılığı: BQXK erməniləri necə silahlandırır? 

DSX-nın aşkarladığı faktlar BQXK-nın silah qaçaqmalçıığı ilə də məşğul ola biləcəyi ehtimalını önə çıxardı. Çünki Qarabağa silah girişinin bütün yolları ordumuz tərəfindən nəzarətə götürülüb, Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra belə cəhdlərin qarşısı alınıb, lakin ermənilər silahlanmadan imtina etmirlər.

Burada ermənilər üçün “yeganə yol” BQXK-nın “humanitar missiyası” görünür. Mümkündür ki, BQXK-nın nəqliyyat vasitələrində silahlar daşınıb. Komitənin qaçaqmalçılıqla məşğul olduğu faktının ortaya çıxmasından sonra indiyə qədər silah daşınmadığına heç kim zəmanət verə bilməz. 

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda “biznes” qurub 

Qaçaqmalçılıq yolu ilə daşınan malların erməni əhalisinə baha qiymətə satıldığı, yaxud komitənin öz nəqliyyat vasitələrini, əslində isə beynəlxalq humanitar missiyasını bu qaçaqlamılığa alət etməsi qarşılığında pul aldığı istisna edilməməlidir.

Belə görünür ki, komitə qanunsuz biznes qurub. Çünki bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Azərbaycan heç nə qazanmadığı halda, Ermənistan məhsullarını satır, beləliklə, itirən biz oluruq, qazanan Ermənistan. Heç bir ölkə bunu qəbul etməz, o zaman, Azərbaycan niyə buna dözməlidir?! 

BQXK-nın Qarabağdakı fəaliyyəti niyə qadağan edilməlidir? 

Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir və 44 günlük müharibədə Azərbaycan işğala son qoydu, bunu de-fakto olaraq da təmin etdi. Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra isə nəzarət tamamilə bərpa olunub. Lakin BQXK-nın Qarabağdakı nümayəndəliyi İrəvandakı ofisə tabedir.

Bu hüquqi baxımdan tamamilə qanunsuzdur. Çünki bura Azərbaycan ərazisidir və BQXK-nın Xankəndindəki nümayəndəliyi də Bakıdakı ofisə tabe olmalı, fəaliyyəti buradan yönləndirilməlidir. Beynəlxalq hüquq da, Azərbaycan qanunvericiliyi də bunu tələb edir, BQXK-nın hazırki fəaliyyəti isə həm beynəlxalq hüquqa, həm Azərbaycan qanunvericiliyinə ziddir. 

Baş verənlər BQXK-nın anti-Azərbaycan mövqeyi fonunda da diqqət çəkir. Müharibə dövründə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycana qarşı pis mövqe tutmuşdu, bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdi, rəsmi Bakıya qarşı ittihamlar irəli sürürdülər.
Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur.

Eyni fəaliyyəti indi də həyata keçirmədiklərinə heç kim zəmanət verə bilməz. 

Artıq ortada konkret faktlar var və Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözməməli, vəziyyətə uyğun olaraq lazımi addımlar atılmalıdır.

Vasif Həsənli 

Demokrat.az xəbər portalının baş redaktoru

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO