“Erməni toplumu, cəmiyyəti o qədər zəhərlənib ki, onlar revanşist fikirlərlə yaşayır. Ermənilər Azərbaycanla birgə, yanaşı yaşamaq istəmirlər. Onlar qisas almaq arzusundadır".
"Biz nə qədər desək də ki qonşuluq münasibətləri quraq, amma bunu qarşı tərəfdə istəməlidir. Qarşı tərəf istəmirsə, deməli başını qaldıranda başına yumruq vurulmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev canlı yayımların birində söyləyib. Partiya lideri bildirib ki, “qalib tərəf bizik və erməni kimdir ki, şərt qoysun?”
Elşad Musayev bu fikirləri İrəvanın tələbinə münasibət bildirərkən dilə gətirib. Belə ki, Ermənistan Zəngilandan Naxçıvana koridor müqabilində Azərbaycandan 62 əsiri (terrorçu) geri istəyir.
Bundan əlavə partiya sədri vurğulayıb ki, Bakı Ermənistan, Rusiya və ATƏT-in şərtlərinə görə vaxt itirməli deyil:
“Dediyim odur ki, dinc yaşamaq kimi məsələləri qabardıb ermənilərlə çox humanist davranmamalıyıq. Onlar Zəngəzur dəhlizinin açılmasını istəmir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:20 / 12.03.2021
BAP sədri: “Ermənistan karidor müqabilində 62 əsiri geri istəyir”
Hazırda oxunan: BAP sədri: “Ermənistan karidor müqabilində 62 əsiri geri istəyir”
Hazırda oxunan: BAP sədri: “Ermənistan karidor müqabilində 62 əsiri geri istəyir”
14562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.