Pənah Hüseyn və Sülhəddin Əkbərin partiyaları fəaliyyətini DAYANDIRIR? – AÇIQLAMA 

Pənah Hüseyn və Sülhəddin Əkbərin partiyaları fəaliyyətini DAYANDIRIR? – AÇIQLAMA 

Hazırda oxunan: Pənah Hüseyn və Sülhəddin Əkbərin partiyaları fəaliyyətini DAYANDIRIR? – AÇIQLAMA 

145483

Bu ilin yanvarın 11-də siyasi partiyalar haqqında qanuna edilən dəyişiklikdən üçü bəri Azərbaycanda qeydiyyatda olan partiyaların 31-i artıq fəaliyyətlərinə xitam verib. Yerdə qalan digər partiyalar isə iyulun 11-ə kimi üzvlərin sayı ilə bağlı sənədləri Ədliyyə Nazirliynə təqdim etməlidirlər. 

Artıq prosesin yekunlaşmasına bir gün qalır. Yanvarın 11-dən bəri bağlanan partiyalarla yanaşı, bir sıra siyasi təşkilatlar özlərini buraxmasalar da, lazımi sayda üzv toplamaqda çətinlik çəkdiklərini etiraf ediblər. 

Bu partiyalar arasında Pənah Hüseynin rəhbəri olduğu AXP və Sülhəddin Əkbərin sədrlik etdiyi Azad Demokratlar Partiyasının adı hallanır. 

Bizim.Media-ya açıqlamasında Sülhəddin Əkbər bildirir ki, rəhbərlik etdiyi siyasi təşkilatın qeydiyyata alınmayacağı ehtimalı daha böyükdür: 
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə YENİ CƏRİMƏLƏR  


“Bu məsələ hələlik müzakirə olunmayıb. Çünki partiya qeydiyyata alınmayacaqsa, artıq rəsmi fəaliyyətimizə son veriləcək. Ondan sonra yığışıb hansı formada fəaliyyət göstərəcəyimiz barədə bir qərar verəcəyik. Hələlik hökumətin qərarını gözləyəcəyik. 

İstənilən halda həftənin şənbə günü partiyanın Siyasi Şurasının toplantısıdır. Burada yaranmış vəziyyət müzakirə olunacaq. Partiyamızın hardasa 1500 üzvü var idi. 6 ay ərzində 5 min üzv toplamaq mümkün deyildi. Bunu əvvəlcədən görürdüm, amma yenə də Siyasi Şuranın qərarına hörmətlə yanaşdım. Siyasi Şura üzvlərinin növbəti qərarına da təsir etmək fikrim yoxdur. 
Birinci dəfə fikrimi öncə bildirmişdim, amma indi sonda bildirəcəyəm. Partiya bağlansa da bu və ya başqa formada siyasi fəaliyyətimi davam etdirəcəyəm. Bunun politoloq və yaxud ictimai xadim kimi olacağını gələcək göstərəcək”. 

AXP sədri P. Hüseyn isə sona qədər getməyə hazır olduğunu qeyd edir: 

“Partiya üzvlərinin siyahısını təqdim etmişik. Siyahıda 5854 nəfərin adı qeyd edilib. Partiyanın qeydiyyata alınıb-alınmayacağı barədə indidən bir söz deyə bilmərəm. Sənədləri təqdim etmişik, indi cavabı gözləyirik”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO