Ceyhun Bayramovdan Zaxarovanın Laçın yolu ilə bağlı dediklərinə REAKSİYA

Ceyhun Bayramovdan Zaxarovanın Laçın yolu ilə bağlı dediklərinə REAKSİYA

Hazırda oxunan: Ceyhun Bayramovdan Zaxarovanın Laçın yolu ilə bağlı dediklərinə REAKSİYA

145343

“Son iki il yarım ərzində, eləcə də 30 illik işğal dövründə onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif müraciətlər eşitmişik”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Laçın yolu ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Əlbəttə, bu çağırışlara qulaq asmaq və analiz etmək vacibdir. Biz buna adekvat cavablar veririk. Zaman göstərdi ki, məsələləri düzgün istiqamətdə inkişaf etdirmək və həll etmək üçün Azərbaycan sistemli tədbirlər həyata keçirir və gələcəkdə də belə olacaq.
Azərbaycan dövlətinin məsələlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə öz baxışı var. Biz öz siyasətimizi kiminsə çağırışlarını rəhbər tutaraq deyil, milli maraqlarımızı əsas götürərək aparırıq. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək”, - deyə XİN rəhbəri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO