Diplomatlar Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdi

Diplomatlar Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdi

Hazırda oxunan: Diplomatlar Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdi

145320

9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn nümayəndə heyəti müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin də xatirələri anılıb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyətinin üzvləri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO