Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayan gündən erməni gənclərinin müharibədə iştirak etmək istəməməsini və bu etriazları sosial şəbəkələrdə tez-tez müşahidə edirik.
Elə buna görə də Ermənistan parlamenti ordudan yayınmaya görə yeni qanunun müzakirəsinə başlayıb. Dəyişikliklər qəbul edilsə, fəraliləri on iki ilədək cəza gözləyir.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən politoloq Tofiq Abbasov deyir ki, istənilən hakimiyyətin əsas məsuliyyəti vətəndaşlarının təhlükəsizliyinin qorunmasıdır. Ermənistan ciddi şəkildə hərbi-siyasi avantüraya qatılaraq insanları ölümə sürükləyir:
“Paşinyan hakimiyyəti iflasa uğrayıb. Onun heç bir aydın fəaliyyət planı yoxdur. Xalq başa düşür ki, Ermənistan rəhbərinin çağırışında ölüm sədası var. Paşinyan onsuz da Qarabağı itirəcək. Amma Ermənistanın özünü xilas etmək imkanları hələki var. Ermənistan hökuməti xalqı ölümə verməkdənsə öz aqibətini fikirləşsə yaxşı olar. Ermənilərə xaricdən dəstək verən qüvvələr, diaspor strukturları təhrik dəstəyi yox, Ermənistana sağlam ruh gətirməyi fikirləşməlidirlər. Ermənistana uzaqdan- uzağa canıyananlıq edən qüvvələr də yeni reallıqlarla hesablaşmalıdırlar. Qarabağ Azərbaycandır! Gedib öz dərdlərin çəksinlər, xalqı nahaqdan qırğına verməsinlər”.
Gülşanə Mustafayeva, Bizim.Media