Ərdoğan: “Qarabağla bağlı qırmızı xətt keçilsə, atamızın oğlu belə olsa, gözünə baxmaram”.

Ərdoğan: “Qarabağla bağlı qırmızı xətt keçilsə, atamızın oğlu belə olsa, gözünə baxmaram”.

Hazırda oxunan: Ərdoğan: “Qarabağla bağlı qırmızı xətt keçilsə, atamızın oğlu belə olsa, gözünə baxmaram”.

1452

“ Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Putinlə ötən gün baş tutan telefon danışığından da söz açıb:

“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu.

Ümid edirəm, nəticəsi olacaq.  Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq».

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO