Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən Gorus-Xankəndi istiqamətində növbəti keçidi təmin edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Telegram” kanallarında video görüntülər yayılıb.
Görüntülərdən ayrın olur ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçiblər.
Qeyd edək ki, bu gün həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağın tibbi ehtiyacları olan 17 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.
Bizim.Media