Fikrət Sadıxov: “Suriya de-fakto parçalanıb, amma...”

Fikrət Sadıxov: “Suriya de-fakto parçalanıb, amma...”

Hazırda oxunan: Fikrət Sadıxov: “Suriya de-fakto parçalanıb, amma...”

14507

“Suriya uzun illərdir ki, müharibə içindədir. Və bu ölkənin ərazisində bir sıra aparıcı dövlətlərin maraqları var”.

Bu fikirləri Bizim.Media ilə müsahibədə politoloq Fikrət Sadıxov açıqladı. Son günlər Suriyanın iki yerə parçalanması haqqında dolaşan xəbərlərə münasibət bildirən politoloq Rusiya, Türkiyə və ABŞ-ın Suriyada mövcudluğunda müxtəlif aspektlərin olduğunu dilə gətirdi:

 

MÖVZU İLƏ BAĞLI:

Fikrət Sadıxov: “Mövqeyimiz kifayət qədər prinsipial və qəti olmalıdır”


“İranı da qeyd etməliyik. Çünki İran İslam Respublikasının da hərbçiləri Suriyada terrorçulara qarşı vuruşur. Ona görə də əgər Suriyanı ümumilikdə bir dövlət kimi götürürüksə, təbii ki, Suriya hələlik de-yure bölünmür. Yəni hər bir ölkə Suriyanı vahid bir dövlət kimi tanıyır”.

Politoloq qeyd edib ki, amma de-fakto Suriya demək olar ki, bölünmüş bir ərazidir:

“Suriya hökumətinin olmasına, qanuni müəssisələrin çalışmasına baxmayaraq dövlət faktiki olaraq parçalanmış şəkildədir, ölkənin bir hissəsinə dövlət, digər hissəsinə isə müxalifət nəzarət edir. Hadisələrin gedişatı onu göstərir ki, Suriya artıq ikiyə bölünmüş ərazidir”.

Fikrət Sadıxov onu da vurğuladı ki, burada hər bir dövlətin fərqli maraqları mövcuddur. Türkiyə öz sərhədlərini PKK və digər terrorçulardan qorumaq üçün Suriya ərazisindədir".

"Rusiya isə Bəşər Əsədlə partnyorluq münasibətlərini saxlayaraq Suriya hakimiyyətini müdafiə edir və orada müəyyən əraziləri nəzarətdə saxlayır. Digər dövlətlər də həmçinin, bu reallıqdır”.

Suriyanın gələcək taleyinə toxunan politoloq onu da qeyd etdi ki, indi konkret bir söz demək çətindir, amma.. 

“Suriyada de-fakto parçalanma var. Amma de-yure onu parçalanmış dövlət kimi heç kəs tanımır və bu şəkildə bölünməsini kimsə qəbul etmir. Suriya hələki vahid bir dövlətdir”.

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO