Zaxarovanın Laçın yolu ilə bağlı absurd açıqlamasına Fəzail Ağamalıdan SƏRT REAKSİYA  

Zaxarovanın Laçın yolu ilə bağlı absurd açıqlamasına Fəzail Ağamalıdan SƏRT REAKSİYA  

Hazırda oxunan: Zaxarovanın Laçın yolu ilə bağlı absurd açıqlamasına Fəzail Ağamalıdan SƏRT REAKSİYA  

144923

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlaması böyük təəccüb və təəssüf doğurub. O bildirib ki, Moskva Qarabağda “atəşkəs rejimi”nin pozulması hallarının artmasından və Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır: 

“Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun olaraq və üçtərəfli bəyanatlar çərçivəsində cavab verəcəklər”. 

Rusiya XİN təmsilçisinin bu cür absurd açıqlaması heç bir məntiqə sığmır. Eyni zamanda reallıqlardan çox-çox uzaqdır. Bu açıqlama yaxın günlərdə keçirilməsi gözlənilən Azərbaycan və Ermənistan liderlərinin növbəti Brüssel görüşü ərəfəsində məqsədyönlü bir təxribatdır. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Zaxarovanın bu fikri sərsəmləməkdən və həqiqəti tapdalamaqdan başqa bir şey deyil: 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın “blokada” ilə bağlı bəyanatları yalan təbliğatdan başqa bir şey deyil - VİDEO


“Çünki, Rusiyanın hərbi-siyasi rəhbərliyindən birbaşa göstəriş alan Azərbaycan ərazisindəki müvəqqəti yerləşən sülhməramsızlar bütün təxribatların təşkilatçısıdır. Sülhməramsızlar həm də 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın silahlı qüvvələrinin tör-töküntülərini himayə edən və onları silahlandıran bir qurumdur.  

Son dövrlər Azərbaycanla Ermənistan arasında Vaşinqton və Brüssel platformalarında aparılan danışıqlarda addım-addım əldə edilən razılaşmalardan Moskva çox ciddi şəkildə narahat olur. Və bu proseslərə açıq qısqanclıq göstərir.
Rusiya artıq fərqindədir ki, sülh danışıqları prosesindən kənarda qalır. Moskvanın danışıqlar prosesindən kənarda qalmasının günahkarı isə Kremldə oturanlardır.  

Mən bir faktı Zaxarovaya xatırlatmaq istəyirəm ki, zəhmət çəkib 10 noyabr bəyannaməsini bir daha oxusun və bəyannamənin 4-cü bəndinin icrası üçün öz rəhbərliyinə xahişlə müraciət etsin”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO