“Türkiyə ilə birgə əməliyyatlar Hərbi doktrinamızda yer almalıdır” – TƏKLİF 

“Türkiyə ilə birgə əməliyyatlar Hərbi doktrinamızda yer almalıdır” – TƏKLİF 

Hazırda oxunan: “Türkiyə ilə birgə əməliyyatlar Hərbi doktrinamızda yer almalıdır” – TƏKLİF 

144898

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycanın hərbi dokrtinasında dəyişiklik etməyin zamanı yetişdiyini bildirib. 

Deputat qeyd edib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib:

"Bu Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycan Respublikasının Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacib olardı".

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, antiterror əməliyatları, hərbi müttəfiq olan Türkiyə ilə birgə hərbi əməliyyatlar məsələsi hərbi doktrinada öz əksini tapmalıdır :
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla Türkiyə arasında gömrük rüsumlarına dair sənəd təsdiq EDİLDİ


“Mövcud hərbi doktrinamız bu günün tələblərinə cavab verir. Amma bununla belə, müəyyən dəyişikliklərə də getmək olar. Bu gün doktrinanın kəskin şəkildə dəyişdirilməsi və ona əlavələrin edilməsi məsələsi dayanmır. Amma zaman keçir, yeni reallıqlara qovuşuruq, yeni məsələlər ortaya çıxır. Bu müstəvidə də müəyyən dəyişikliklər edilə bilər. 

Bunun da hərbi mütəxəssislərin, hərblə bağlı dairələrin təklifləri əsasında edilməsinin tərəfdarıyam. Düşünürəm ki, hərbi doktrinada antiterror əməliyyatları, hərbi müttəfiqimiz olan Türkiyə ilə birgə əməliyyatlar məsələsi kimi məqamlar da yer almalıdır. Ancaq indiki qanunvericiliklə də bu məsələlər öz həllini tapır”.    
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Bəyannamədə ordu quruculuğu, Azərbaycan və Türkiyənin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edilməsi kimi məsələlər də öz əksini tapıb.

Bununla yanaşı, son illərdə Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçidi ilə bağlı da davamlı tədbirlər görülür.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO