Ceyhun Bayramov Cənubi Sudandan olan həmkarı ilə görüşüb - FOTO 

Ceyhun Bayramov Cənubi Sudandan olan həmkarı ilə görüşüb - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov Cənubi Sudandan olan həmkarı ilə görüşüb - FOTO 

144767

5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyətlərini icra edən Denq Dau Denq Malek ilə görüşüb. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə mövzusu olub.

İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün potensial imkanların olduğu görüş zamanı vurğulanıb. 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən nazir Ceyhun Bayramov sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səyləri, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslərini diqqətə çatdırıb. 

Nazir Cənubi Sudanın Qoşulmama Hərəkatına üzvlüyü istiqamətində prosedurların tamamlandığı vurğulanıb və yeni üzvlük münasibətilə qarşı tərəfə təbriklər çatdırılıb. 

Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyətlərini icra edən Denq Dau Denq Malek QH-ya uğurlu sədrlik etməsi münasibətilə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb. 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO