Ceyhun Bayramov malayziyalı həmkarı ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsindən DANIŞIB - FOTO 

Ceyhun Bayramov malayziyalı həmkarı ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsindən DANIŞIB - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov malayziyalı həmkarı ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsindən DANIŞIB - FOTO 

144764

Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Malayziyanın xarici işlər naziri Zambri Abd Kadir ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. 

Bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi barədə qarşı tərəfə məlumat verib və hər iki ölkənin təşkilat çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. 
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. 

Nazirlər Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də sıx əməkdaşlığın vacibliyini vurğulayıblar. 

Görüş zamanı, iki ölkə arasında qarşılıqlı təmasların genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO