İranlı nazir:

İranlı nazir: "Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik" - VİDEO

Hazırda oxunan: İranlı nazir: "Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik" - VİDEO

144743

"İran Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan hiddətlənib və təəssüflənib".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

Nazir bildirib:

"Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs məsuliyyətə cəlb olunacaq və ağır şəkildə cəzalanacaq. Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik".

İranın XİN başçısı deyib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı hər hansı bir qurumun və ya şəxsin qüsuru varsa və bu, isbat olunacaqsa, onlar da öz cəzalarını alacaqlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO