ATƏT Qarabağa niyə qayıtmaq istəyir? - Tofiq Zülfüqarov AÇIQLADI

ATƏT Qarabağa niyə qayıtmaq istəyir? - Tofiq Zülfüqarov AÇIQLADI

Hazırda oxunan: ATƏT Qarabağa niyə qayıtmaq istəyir? - Tofiq Zülfüqarov AÇIQLADI

14457

“Biz görürük ki, münaqişənin (Ermənistan-Azərbaycan) ətrafında olan qurumların fəaliyyətində bir dəyişiklik baş verdi. Bu dəyişiklik ondan ibarətdir ki, ATƏT və təşkilatın prinsipləri əsasında yaradılan Minsk qrupunun fəaliyyəti demək olar ki, sıfır səviyyəsindədir”.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT rəhbəri Minsk qrupu həmsədrləri ilə görüşdü - FOTO


Bu sözləri Bizim.Media-ya açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov səsləndirdi.

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin təşkilatın Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə onlayn görüşünə münasibət bildirən Tofiq Zülfüqarov söylədiyi fikirlərin səbəbini də dilə gətirdi:

“Artıq Minsk qrupunun əvvəlki – 1992-ci ildəki mandatı və ondan sonra qəbul olunan təkliflər və s. indi aktual deyil.
 

Çünki cənab Prezidentin də dediyi kimi, artıq vəziyyət, status-kvo dəyişib. Status mövzusu cəhənnəmə gedib. İndiki mərhələdə Minsk qrupunun nə ilə məşğul olacağı heç kəsə bəlli deyil”.


ATƏT sədri “Twitter” hesabında yazıb ki, onlayn görüşdə onun (Ann Linde) Azərbaycan və Ermənistana gözlənilən səfərləri də müzakirə olunub.

Azərbaycan 20 ildən çox sürən danışıqlar zamanı işğaldan geri qaytara bilmədiyi torpaqlarını 44 günlük savaş ərzində azad etdi.

Bu faktdır. Məgər ATƏT bunu bilmir? Daha dəqiq desək, onlar nə etmək istəyirlər?

“Onlar sanki öz rollarının axtarışındadır. ATƏT anlayır ki, Qarabağ məsələsində Rusiya-Türkiyə fəallığı bu iki dövlət arasında monopoliya yaradıb.
 

Nəticədə digər beynəlxalq oyunçular bölgəyə (Qarabağ) müdaxilə edə bilmirlər. Hətta Ermənistan da hazırda beynəlxalq müstəvidə tanınan sərhədin o tərəfində qalıb. Çünki sərhədlər bərpa olunub.


Buna görə də ATƏT tərəfindən bu məsələyə qayıtmaq üçün hansısa imkanlar axtarılır. Bununla onlar regionda siyasi nüfuzlarını qorumaq istəyirlər. Əsas məsələ ondan ibarətdir ki, onlar hansı gündəm təklif edəcəklər”

- ATƏT və təşkilatın yaratdığı Minsk qrupu köhnəlmiş, mənasını itirmiş təklif və müzakirə mövzularına qayıda bilərlərmi?
 

“Azərbaycanın bu məsələdə çox sərbəst olmağı həm beynəlxalq qanunlara, həm də indiki siyasi konnekturaya (situasiya, vəziyyət) uyğundur.


Hansısa formada onların bizi maraqlandıran məsələlərə kömək etmək istəyi başqa, amma yenə də köhnə mövzuları təkrarlamaq niyyətində olsalar ATƏT-in burada heç bir perspektivi yoxdur”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO