“Ermənistanın addımları bölgəni ekoloji terrora məruz qoyur” – Musaf Kızılkaya ilə MÜSAHİBƏ

“Ermənistanın addımları bölgəni ekoloji terrora məruz qoyur” – Musaf Kızılkaya ilə MÜSAHİBƏ

Hazırda oxunan: “Ermənistanın addımları bölgəni ekoloji terrora məruz qoyur” – Musaf Kızılkaya ilə MÜSAHİBƏ

144497

“Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhədinə 1 km-dən də az məsafədə yerləşən Arazdəyən şəhərində yaradılacaq ağır metaləritmə və polad zavodu ilə bölgəni ekoloji terrora məruz qoyur”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Qafqaz üzrə ekspert, politoloq Musaf Kızılkaya bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir - VİDEO


Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına hava və su kimi ehtiyacı olduğu bir vaxtda atdığı addımların münasibətləri daha da pozmasına diqqət çəkən türkiyəli analitik, belə davam edəcəyi təqdirdə Ermənistanın uçuruma yuvarlanacağını vurğulayıb.

Müsahibəni təqdim edirik:

- Cənab Kızılkaya, siz erməni lobbisinin güclü olduğu ABŞ-də yaşayırsız. Qafqazı yaxından izləyən birisiniz. Necə düşünürsüz, Arazdəyəndəki növbəti erməni terroru münasibətlərə necə təsir edəcək?

- Ermənistan həm Türkiyə, həm də Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq istədiyini şifahi şəkildə bildirsə də, bir addım irəli, 10 addım geriyə getməyə davam edir.

Keçən aylarda Ermənistanda “Nemesis” abidəsini açaraq Türkiyə və Azərbaycan nifrətini gələcək nəsillərə ötürməyi hədəflədiyini göstərən yeni divar ucaldıldı. Digər tərəfdən, Paşinyan qonşu ölkələrdən torpaq tələb etmədiyini vurğulayaraq hamımızı təəccübləndirdi.

Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhədinə 1 km-dən də az məsafədə yerləşən Arazdəyən şəhərində yaradılacaq ağır metaləritmə və polad zavodu ilə bölgəni ekoloji terrora məruz qoyur. Dediyim kimi, Ermənistan bir addım irəli, 10 addım geriyə getmək siyasətini davam etdirir.
- Ermənistan terroru Arazdəyəndəki zavodla yekunlaşmır. Həmçinin Türkiyənində əziyət çəkdiyi bir Atom Elektrik Stansiyasıda var. Bunun təhlükəsi Türkiyə və region üçün nələrdir?

- Metsamor Atom Elektrik Stansiyası partlamağa hazır bomba kimi həm Ermənistanı, həm də region ölkələrini ciddi şəkildə təhdid edir. Məlumdur ki, hətta Ermənistanda bir çox qeyri-hökumət təşkilatları və yerli əhali də bu vəziyyətdən çox narahatdır.

Türkiyədə Metsamor Atom Elektrik Stansiyasına yaxınlığına mütənasib olaraq İğdır şəhəri əhaliyə görə ən çox xərçəngə yoluxan şəhər olaraq qeydə alınıb. Metsamor AES-ə yaxınlığı səbəbindən şəhərdə son 10 ildə xərçəngə yoluxma hallarında 100 faiz artım qeydə alınıb.

- Beynəlxalq təşkilatlar bununla bağlı hansısa addımları atırlarmı?

- Ermənistanın Metsamor Atom Elektrik Stansiyası regiona dağıdıcı ekoloji zərbə vursa da, heç bir beynəlxalq təşkilat tərəfindən hər hansı sanksiya və cəza tətbiq edilməyib. İndi isə Arazdəyəndə qurulan metaləritmə və polad fabriki ilə özlərini böyük təhlükəyə ataraq Azərbaycana, Türkiyəyə, İrana, eləcə də bölgəyə vurduğu zərəri artırmağı hədəfləyir.

Ən acınacaqlısı odur ki, Oxçuçayın böyük hissəsi Ermənistan ərazisinə düşür, sənaye və digər təhlükəli tullantılar isə demək olar ki, bütün marşrut boyu çayın sularına axıdılır.

- Sizin də qeyd etdiyiniz kimi, Arazdəyəndəki zavod, Metsamor AES və Oxçuçay. Oxçuçayla bağlı Azərbaycanın büynəlxalq təşkilatlara müraciətləri də cavabsız qalıb...

- Bəli, Zəngilan işğaldan azad edildikdən sonra azərbaycanlı mütəxəssislərin apardıqları tədqiqatlar qorxulu nəticələr verib. Götürülmüş nümunələrdə nikel normadan 7 dəfə, dəmir 4 dəfə çoxdur və siyahını davam etdirmək də olar. Azərbaycanın yerüstü su ehtiyatlarının təqribən 70 faizi Ermənistan da daxil olmaqla qonşu dövlətlərin payına düşür. Oxçuçay Cənubi Qafqazın ikinci ən böyük çayı olan və Kürün ən böyük qolu olan Araza tökülür.

Beləliklə, demək olar ki, bütün region erməni ekoloji terrorizmi təhlükəsi altında olacaq. Metallurgiya istehsalı böyük həcmdə təhlükəli tullantılarla müşayiət olunan prosesdir.Tullantıların yaxınlıqdakı Araz çayına axıdılması riski ciddidir.
Həm su hövzəsinin, həm də ona bitişik ərazilərin flora və faunası zədələnəcək. Araz eyni vaxtda bir neçə dövləti qidalandıran çaydır, bu su arteriyası bütün bölgənin həyatını təmin edir.

- Bəs qanunlara niyə əməl edilmir? Nə etmək lazımdır?

- “Transsərhəd su yollarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiya (Su Konvensiyası)” və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının “Su və sağlamlıq” Protokoluna əsasən su ehtiyatlarının təmin edilməsi və insanların sağlamlığının yaxşılaşdırılması əsas şərtlərdən biridir.

Sənaye və təsərrüfat fəaliyyəti bu təbii sərvətlərdən asılı olan insanların sağlamlığı və rifahı üçün arzuolunmaz nəticələrə səbəb olmamalıdır və su ehtiyatlarının qorunması bütün tərəflərin əsas vəzifəsidir. Lakin bütün tələblərə baxmayaraq, təəssüf ki, erməni terroru davam edir.
- Təşəkkür edirəm cənab Kızılkaya.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO