Bu ilin yanvar ayında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum acı bir hadisə idi. Bütün aidiyyəti qurumlar hesab edirlər ki, bu hücumu törədən şəxsə qarşı sərt tədbirlər görülməlidir.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bugünkü mətbuat konfransında deyib.
“Bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb”, - deyə o, qeyd edib.
Məsud Satayşi, bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlığının vacibliyini vurğulayıb.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb.
Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:27 / 04.07.2023
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq tamamlanıb - İran rəsmisi
Hazırda oxunan: Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq tamamlanıb - İran rəsmisi
Hazırda oxunan: Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq tamamlanıb - İran rəsmisi
144467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.