Azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçildi

Azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçildi

Hazırda oxunan: Azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçildi

144449

İyulun 3-də ATƏT Parlament Assambleyasının (PA) Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühit, elm və texnologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin və Yaşıllar Partiyasının üzvü David Stüqmüller iştirak edib.

Gizli səsvermə nəticəsində Azay Quliyev 50 səs, David Stüqmüller 23 səs toplayıb. Beləliklə, azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçilib.

Qeyd edək ki, ATƏT PA-nın komitə sədri seçilmiş deputatlar həm də avtomatik olaraq Büro üzvü sayılırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO