Partiyalar üçün SON HƏFTƏ – Kimlər hələ də 5 min üzv toplaya bilməyib? – SORĞU 

Partiyalar üçün SON HƏFTƏ – Kimlər hələ də 5 min üzv toplaya bilməyib? – SORĞU 

Hazırda oxunan: Partiyalar üçün SON HƏFTƏ – Kimlər hələ də 5 min üzv toplaya bilməyib? – SORĞU 

144323

Siyasi partiyaların qeydiyyatı üçün ayrılan son tarixin başa çatmasına cəmi bir həftə vaxt qalıb. İyulun 10-dək partiyalar üzvlərin siyahısını Ədliyyə Nazirliyinə təqdim etməlidir. 

Görəsən, partiyalarda bu istiqamətdə işlər nə yerdədir?

AMİP sədri Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, qeydiyyat məsələsində hər hansı bir problemin yaranacağını düşünmür: 
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə YENİ CƏRİMƏLƏR  


“Qanuna müvafiq olaraq siyahılardan ibarət sənədləri bayramdan əvvəl hazırlamışıq. Razılaşdırdıq ki, bayramdan sonra sənədləri dərhal təqdim edək. Hazırda sənədləri təqdim etmək üçün aparırıq. Bu istiqamətdə problemin yaranacağını düşünmürəm”. 

Azad Demokratlar Partiyası Sülhəddin Əkbər 6 ay ərzində üzvlərin sayını 5 minə qədər artırmağın mümkünsüz olduğunu dedi:

“Partiyanın fəaliyyəti qanunauyğun şəkildə tənzimlənəcək. Siyasi Şurada qanunun tələblərinə uyğun şəkildə hərəkət etməyimiz daha məqsədəuyğun hesab edilib. Amma təəssüf ki, düşündüyüm kimi məsələnin həlli elə də asan deyil. Qısa zamanda, 6 ay ərzidə üzvlərin sayını bu qədər artırmaq, qeyri-mümkündür. Bundan sonrakı fəaliyyətimizi müzakirə edəcəyik. Yəqin ki, partiya rəhbərliyi vaxt tamam olandan sonra öz qərarını verəcək”. 

KXCP sədri Mirmahmud Mirəlioğlu isə prosesi başa çatdırıb, redaktə işlərilə məşğul olduqlarını bildirdi:

“Bu həftə ərzində sənədləri təqdim edəcəyik. Təşkilat məsələləri üzrə müavin Ədliyyə Nazirliyilə əlaqə saxlayıb. Proses başa çatıb, sadəcə redaktə işləri gedir”. 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qeyd edir ki, sənədləri 15 gün bundan əvvəl hazırlayıblar: 

“Dedilər ki, iyulun 3-də təhvil verin. Bu gün zəng etdik, indi isə dedilər ki, iyulun 4-də təqdim edin.  Partiyanın qeydiyyatı məsələsində problem yaranacağını düşünmürəm. 7388 nəfərin rəsmi sənədini təqdim edəcəyik”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO