“Azərbaycan Ermənistanın ekoterrorunu güc yolu ilə dayandırmalıdır” – Taras Kuziodan ÖZƏL AÇIQLAMA

“Azərbaycan Ermənistanın ekoterrorunu güc yolu ilə dayandırmalıdır” – Taras Kuziodan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycan Ermənistanın ekoterrorunu güc yolu ilə dayandırmalıdır” – Taras Kuziodan ÖZƏL AÇIQLAMA

144036

“Mən inanmıram ki, beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan sərhədində, Ermənistanın həyata keçirdiyi ekoloji terror üçün nəsə edə bilər. Onlar çox zəifdirlər”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio deyib.  

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Arazdəyən kəndində inşa etdiyi metallurgiya zavodunun tullantılarının Araz çayına axıdılması təhlükəsinə diqqət çəkən Kuzio beynəlxalq qurumların fəaliyyətsizliyindən söz açıb: 
“Biz bilirik ki, Rusiyanın BMT-də veto hüququ var. Ukraynada baş verənlərə baxın. Rusiya Kaxovka bəndini partlatdı, bu da terror aktı idi. Minlərlə insanın həyatını məhv etdi, ekoloji terror törətdi. Bu vəziyyətdə belə Birləşmiş Millətlər Təşkilatı işəyaramaz mövqe sərgilədi.  

Ona görə də, beynəlxalq təşkilatların Arazdəyəndə inşa olunan metallurgiya zavodu ilə bağlı necəsə kömək edə biləcəyinə dair optimist fikirdə deyiləm. Təəssüf ki, erməniləri fikrindən döndərəcək yeganə şey gücdür”. 

Ermənistanın növbəti ekoterrorunun dayandırılmasını yolunu Azərbaycanın güc tətbiq etməsində görən Taras Kuzio, tez bir zamanda hərbi güclə prosesin birdəfəlik həllinin məqsədəuyğun olduğunu bildirib: 
“Düşünürəm ki, Azərbaycan bu tip situasiyalar qarşısında daha sərt olmalıdır. Məsələn, həm ekoloji məsələlər, həm də Qarabağda beş-on minlik erməni qondarma özünümüdafiə qüvvələrinin qanunsuz fəaliyyətləri buna daxildir. 

Mən Ermənistanın qoyduğu bu müxtəlif maneələrin öhdəsindən gəlmək üçün Ermənistana qarşı daha sərt olmaqdan başqa bir yol görmürəm. İndi Azərbaycanın daha sərt olması üçün fürsət var, çünki Rusiya çox zəifdir. Rusiya nə Cənubi Qafqazda, nə də Avrasiyada öz təsir dairəsini saxlaya bilir.  

Ona görə də, hesab edirəm ki, bu, Azərbaycanın ermənilərin qanunsuz davranışlarına qarşı daha sərt olması üçün yaxşı fürsətdir”, - deyə T.Kuzio əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO