"Fransa prezidenti erməni lobbisinin əlində bir alətdir"- Rəsmi Bakı

Hazırda oxunan: "Fransa prezidenti erməni lobbisinin əlində bir alətdir"- Rəsmi Bakı

143908

 Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Fransa Prezidenti Emmanuel Makrona istinadən yayılmış qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

Bizim.Media xəbər verir ki, bu fikirlər iyunun 30-da Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayonun diqqətinə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa səfiri Azərbaycan XİN-ə çağrıldı – Rəsmi Bakı cavab tələb edir


Diplomata bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi, Fransa Prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO