Xəbər verildiyi kimi 27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Qeyd olunub ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Azərbaycan Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.
Belə ki, saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:52 / 30.06.2023
Azərbaycan XİN: "Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib"
Hazırda oxunan: Azərbaycan XİN: "Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib"
Hazırda oxunan: Azərbaycan XİN: "Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib"
143845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.