Rusiya Vaşinqton formatını sabotaj etməklə məşğuldur - Politoloq

Rusiya Vaşinqton formatını sabotaj etməklə məşğuldur - Politoloq

Hazırda oxunan: Rusiya Vaşinqton formatını sabotaj etməklə məşğuldur - Politoloq

143677

Hərbləşdirilmiş “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin bir neçə gün bundan əvvəl mərkəzi hakimiyyətə tabe olmamaq cəhdi istər-istəməz Rusiyanın beynəlxalq imicinə güclü zərbə vurub. Priqojinin qiyamı baş tutmasa da baş vermiş hadisə fonunda dünyadakı müxtəlif məsələlərin həllində Rusiyanın aktiv şəkildə iştirakı müəyyən müddətə arxa plana keçə bilər.

Bunu Moskvanın Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçi qismində iştirakına da aid edə bilərik. Onsuz da son zamanlar sözügedən prosesdə Vaşinqton və Brüssel daha aktiv olması ilə seçilir. Rusiya isə bu fonda passiv iştirak etməklə arxa planda qalıb.  Belə vəziyyətdə Priqojin olayı Moskvanın Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçilik missiyasının müəyyən müddətə dondurulması ilə nəticələnə bilər.  

Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov düşünür ki, Priqojinlə bağlı baş verən hadisə Rusiyanın Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçilik missiyasına hər hansı bir zərbə vurmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda yalnız Zəngəzur dəhlizi məsələsində anlaşma ola bilər - Politoloq


“Rusiya Ukrayna müharibəsi fonunda ciddi itkilərə məruz qalıb. Rusiyanın düşdüyü iqtisadi problemləri göz önündədir.  Rus ordusunun mənəvi-psixoloji durumu da kifayət qədər aşağıdır. Amma bütün bunlara rəğmən Priqojinlə bağlı baş verən hadisə, Rusiyaya ağır zərbə olsa da, bütün hallarda həmin olay bu dövləti tamamilə kökdən salmayacaq.  Rusiyanın hərbi və siyasi imkanları hələ ki, tükənməyib. Bu baxımdan Priqojinlə bağlı hadisə Rusiyanın Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçilik missiyasına hər hansı bir zərbə vurmayacaq.

Amma Vaşinqtonda Bakı ilə İrəvan arasında danışıqların getdiyi bir məqamda, rus sülhməramlılarının gözü qarşısında Qarabağda baş qaldıran təxribatlar Azərbaycan Rusiya münasibətlərinin ruhuna ziddir.

Xankəndidəki separatçıların Azərbaycan əleyhinə bəyanat yayması, yeni təxribat cəhdləri onu göstərir ki, Rusiya Vaşinqton formatını sabotaj etməklə məşğuldur. Hər halda bu qədər itkilərə rəğmən təəssüf ki, Rusiyanın siyasi təsir imkanları dayanmayıb. Vaqnerlə bağlı hadisələrdən sonra belə Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik missiyasının zəifləyəcəyi və onun bu istiqamətdə fəaliyyətini müəyyən müddətə dayandıracağını düşünmürəm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO