Gənclər və idman naziri Fərid Qayıbov MINEPS VII konfransı ilə əlaqədar ölkəmizdə səfərdə olan YUNESKO nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüş zamanı qonaqlara MİNEPS VII konfransına hazırlıq işləri barədə məlumat verilib.
YUNESKO-nun sosial və humanitar elmlər üzrə baş direktonun müavini Qabriela Ramos səmimi qəbula görə nazirə təşəkkür edib və Azərbaycanda olmaqdan məmnunluğunu qeyd edib.
Görüşdə MINEPS VII konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və təşkilati işlərin başa çatdığı bildirilib. Konfransın proqramında əks olunan məsələlər, o cümlədən də “Fit for life” layihəsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Qəbulda YUNESKO-nun sosial və humanitar elmlər üzrə baş direktoru müavininin köməşçisi Juan Pablo Ramirez-Miranda, YUNESKO İdman sektorunun müdiri Filipp Müller, sektorun əməkdaşı Culia Scacchi, Baş Proqram Mütəxəssisi və “Fit for life” layihəsinin rəhbəri Nansi Maklen, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Elman Abdullayev, ölkəmizin YUNESKO üzrə Milli Komissiyasının 2-ci katibi Əfsanə Hüseynova və MINEPS VII işçi qrupunun üzvü, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
06:22 / 25.06.2023
Fərid Qayıbov YUNESKO nümayəndə heyətini qəbul edib - FOTO
Hazırda oxunan: Fərid Qayıbov YUNESKO nümayəndə heyətini qəbul edib - FOTO
Hazırda oxunan: Fərid Qayıbov YUNESKO nümayəndə heyətini qəbul edib - FOTO
143188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.