“Çinin uyğur siyasəti XXI əsrin soyqırımıdır” – Politoloqdan ŞƏRH

“Çinin uyğur siyasəti XXI əsrin soyqırımıdır” – Politoloqdan ŞƏRH

Hazırda oxunan: “Çinin uyğur siyasəti XXI əsrin soyqırımıdır” – Politoloqdan ŞƏRH

14316

1919-cu ilin 10 mart tarixində Çində köləlik ləğv olunub. Lakin ABŞ, Avropa və bəzi türkdilli dövlətləri Çində uyğurların hüquq və azadlıqlarının pozulması narahat edir. 

“Çin həmin ölkədə yaşayan müxtəlif xalqların həbsxanası kimi xarakterizə olunur. Digər millətlərdən Çində tibetlilər, qazaxlar və əsasən uyğurlar yaşayırlar. Onlara qarşı ayrı-seçkilik, diskriminasiya siyasəti aparılır”.

Bu sözləri Bizim.Media-ya mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsədullazadə səsləndirdi.

 

MÖVZU İLƏ BAĞLI:

POLİTOLOQ: ''ABŞ Yaxın Şərqdə Türkiyəsiz heç nə edə bilməz''


Politoloq bildirdi ki, Çin Kommunist partiyası bu diskriminasiyanı ən çox uyğurlara tətbiq edir.

“Uyğurlara qarşı Çində bir kölə siyasəti reallaşdırılır. 102 il əvvəl bu ölkədə köləlik ləğv olunsa da uyğurlara qul kimi davranırlar. Uyğurların əməyi istismar edilir, yaşadıqları Urumçi bölgəsindən deportasiya edirlər. Onlarlın vətəninə çinliləri yerləşdirməklə Pekin hökuməti urbanizasiya siyasətini çinlilərin lehinə dəyişdirir. 

Uyğurlara qarşı dini təzyiqlər də etnik ayrı-seçkilikdən irəli gəlir. Pekin guya onlara mədəni muxtariyyət verib, amma əslində uyğurları soyqırıma məruz qoyur. Tramp administrasiyası bununla bağlı


Çinə sanksiyalar tətbiq edirdi, siyahıya Kanadanı da əlavə etmək olar. Avropa İttifaqının da müəyyən çağırışlarına baxmayaraq Çin uyğurlarla bağlı köləlik siyasətindən geri çəkilmir. Rəsmi Ankara da bununla bağlı Pekinə dəfələrlə etirazını bildirib. Çinin uyğur siyasətinə XXI əsrin soyqırımı demək olar”.

Uyğurların nə istədiyindən bəhs edən Məhəmməd Əsədullazadə onların sadəcə öz adət-ənənələrini saxlamaq, ibadətlərini etmək niyyətində olduqlarını dedi.

Politoloq əlavə etdi ki, uyğurlar öz idarəetmə sistemlərini qurmaq istəyir. Guya uyğurlara mədəni muxtariyyət verən Çin onların heç bir haqlarını tanımır. 

“Onlara qarşı düşmənçilik həyata keçirir. Pekin hökuməti uyğurlar üçün düşərgələr salaraq ora azyaşlıları cəlb edirlər. Uyğur uşaqlarının kommunist partiyasına uyğun yetişdirilməsi prosesi icra olunur.
 

Bununla Çin uyğurlara öz milli kimliklərini unutdurmağı planlaşdırır. Qadınları isə məcburi əməyə cəlb etməklə çinli kişilərlə evləndirirlər”.


Politoloqun fikrincə, Kommunist partiyası bu üsulla uyğurlarının öz qanından olan davamçılarının qarşısını almaq, uyğurların nəslini kəsmək niyyətindədir. 

“Uyğur soyqırımı 3 aspektdə gerçəkləşdirilir. Genofondun məhvi, dini, etnik adətləri unutdurmaq və uyğurları öz yurdlarından köçürtmək... Çin bu 3 istiqamətdə uzun illərdir ki, fəaliyyət göstərir. Hesab edirəm ki, türk dövlətləri uyğur məsələsində bir olmalıdır”.

Politoloq bir məqamı da unutmadı ki, II Qarabağ müharibəsində Azərbaycanın qələbəsi və Türkiyənin Cənubi Qafqazda rolunun artması Mərkəzi Asiyaya da yol açdı. 

“Hesab edirəm ki, yaxın gələcəkdə Ankara uyğur məsələsini də gündəmə gətirə biləcək”, - deyə Məhəmməd Əsədullazadə cavabını yekunlaşdırdı. 

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO