Səfirliyimizin binasına hücum edən şəxs CƏZALANDIRILDI 

Səfirliyimizin binasına hücum edən şəxs CƏZALANDIRILDI 

Hazırda oxunan: Səfirliyimizin binasına hücum edən şəxs CƏZALANDIRILDI 

143017

23 iyun 2023-cü il tarixində Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı Səfirliyinin məlumatında bildirilib. 

Məlumata görə, Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub. 

"Səfirlik radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir", - deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olmuş və nəticədə Səfirliyin binasına zərər yetirilmişdir.

Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Səfirliyini Lexlor hüquq şirkəti təmsil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO