“Demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu” – Prezident 

“Demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu” – Prezident 

Hazırda oxunan: “Demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu” – Prezident 

142967

“Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır”. 

Bizim.Media xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident MN-in komando hərbi hissəsində Döyüş bayrağını təqdim ETDİ


Keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıldığını vurğulayan dövlət başçısı bildirib:

“Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO